QR CodeQR Code

Təbriz türklərindən Azərbaycan dindarlarına dəstək

islamtimes , 7 Oct 2011 00:39

Islamtimes - "Hicab müxalifləri ölməlidir, ölməli"


islamtimes.org/az/ - Azərbaycan təhsilində hicab qadağası və bu qadağanı müdafiə edənlərin həbsinə etiraz olaraq Azərbaycandan kənarda müsəlmanların da narahatlığına səbəb olub. Bir müddət əvvəl Türkiyənin paytaxtı İstanbulun mərkəzi Taksim meydanında geniş etiraz akisyası keçirilmişdir.

Dünən isə İran İslam Respublikasında Azəri türklərinin kompakt yaşadığı Təbriz şəhərində Azərbaycan Respublikasının Təbrizdə yerləşən konsulluğu qarşısında nümayiş keçirilib. Nümayişdə yüzlərlə şagird və universitet tələbəsi iştirak edib.
Aksiyada "Azərbaycan xalqı qəbul etməz zilləti", "Hicab müxalifləri ölməlidir, ölməli", "İslam Partiyası sədri azad olunsun", "Məhv olsun İsrail" və s. şüarlar səsləndirərək AİP sədrinin də azad olunmasını tələb ediblər.


Story Code: 104348

News Link :
https://www.islamtimes.org/az/news/104348/təbriz-türklərindən-azərbaycan-dindarlarına-dəstək

Islam Times
  https://www.islamtimes.org