0
Wednesday 1 March 2023 - 00:25

Feysəl əl-Miqdad: Qərb Suriya xalqına qarşı terror silahından istifadə edib

Story Code : 1044107
Feysəl əl-Miqdad: Qərb Suriya xalqına qarşı terror silahından istifadə edib

SANA-nın verdiyi məlumata görə, Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdad bu gün Cenevrədə tərksilah üzrə Ümumdünya Konfransında video çıxışında deyib: " Suriya amansız müharibəyə məruz qalıb və bu müharibə zamanı Qərb dövlətləri Suriya xalqına qarşı terror silahından istifadə edib. On minlərlə xarici terrorçunu hər cür maliyyə dəstəyi və silahlarla, o cümlədən qadağan olunmuş silahlarla müharibəyə cəlb ediblər."

Suriyanın xarici işlər naziri sözlərinə belə davam edib:"Bu ölkələrin siyasətləri İŞİD və Cəbhət ən-Nusra kimi terror qruplaşmalarının dəfələrlə kimyəvi silahlar əldə etməsinə və suriyalılara qarşı istifadə etməsinə səbəb olub."