QR CodeQR Code

Liviyada qanlı döyüşlər gedir

7 Oct 2011 14:30

IslamTimes - Liviya qiyamçıları devrilmiş lider Müəmmar Qəzzafinin tərəfdarlarında qalmış son 2 şəhərdən biri olan Sirtə genişmiqyaslı hücuma keçiblər.


Milli.Az xəbər portalının BBC-yə istinadən verdiyi məlumata görə, bu, son dövrlərin ən ciddi döyüşüdür. Yeni hökumət şəhərə zirehli texnika yeridib. Tanklar hər tərəfi atəşə tutur. Saysız-hesabsız ev yanır, şəhərin üzərini qara tüstü bürüyüb. Bu hücumun Qəzzafi tərəfdarlarına son zərbə ola biləcəyi deyilir.

Qeyd edək ki, Sirt uğrunda döyüşlər bir neçə gündür davam etsə də, qiyamçılar şəhəri ələ keçirməkdə çətinlik çəkirlər.
Hazırda Sirtlə yanaşı, Qəzzafi tərəfdarlarının nəzarətində olan daha bir şəhər Beni-Validdir.


Story Code: 104439

News Link :
https://www.islamtimes.org/az/news/104439/liviyada-qanlı-döyüşlər-gedir

Islam Times
  https://www.islamtimes.org