QR CodeQR Code

Ned Prays vəzifəsindən azad edildi

8 Mar 2023 12:50

İslamTimes: ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays vəzifəsindən azad edilib.


Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bildirib. Qeyd olunub ki, N.Prays bu ay təqaüdə çıxacaq. Onu müvəqqəti olaraq hazırkı müavini Vedant Patel əvəz edəcək.

E.Blinken deyib ki, Prays ABŞ-ın xarici siyasətinin siması və səsi olub: “O, həddindən artıq peşəkar və dürüst işləyib. Dövlət Departamenti adından Praysa təşəkkür edirəm”.

Qeyd edək ki, Ned Prays 2021-ci ildən bu vəzifəni icra edirdi.


Story Code: 1045523

News Link :
https://www.islamtimes.org/az/news/1045523/ned-prays-vəzifəsindən-azad-edildi

Islam Times
  https://www.islamtimes.org