QR CodeQR Code

İsrail rejimi dağılmaq ərəfəsindədir

Sahartv , 11 Mar 2023 14:03

İslamtimes - Sionist rejim başçısı deyib ki, bu rejim onun gözləri qarşısında dağılmaqdadır.



SəhərAzəri-nin məlumatına əsasən, burada baş verənlər əsl fəlakət və kabusdur- deyə İsaak Hertzoq bildirib.
İşğal olunmuş ərazilərdəki etirazlara toxunan Hertzoq qeyd edib ki, İsrail rejimi gedər-gəlməz bir nöqtənin astanasındadır.
Məhkəmə islahatları layihəsi yanlışdır və tam şəkildə ləğv edilməlidir- deyə, o, bildirib.
Sionist rejim başçısı sonra deyib: Mən təslim olmayacağam. Həll yolu tapmaq üçün hər hansı xərci ödəyəcəyəm. Fürsətimiz azdır.
Hertzoq qeyd edib ki, sionist rejim parlamentində- knessetdə araşdırılmaqda olan məhkəmə islahatları layihəsi hamının razılaşacağı başqa bir layihə ilə əvəz olunmalıdır.
Hakim siyasi təbəqəyə xitab edən Hertzoq deyib: Əgər indiyədək getdiyiniz yolu davam etdirsəniz, çaxnaşma ilə üzləşəcəksiniz. Belə olan halda, tarix sizi bağışlamayacaq. Buna görə, özünüzə gəlib, elə indi məsuliyyət qəbul edin.
 


Story Code: 1046124

News Link :
https://www.islamtimes.org/az/news/1046124/israil-rejimi-dağılmaq-ərəfəsindədir

Islam Times
  https://www.islamtimes.org