QR CodeQR Code

Bakı islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransa ev sahibliyi edəcək

11 Mar 2023 18:57

İslamTimes: Dindarları ömrünün on illərini həbsxanada keçirən Azərbaycan islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransa ev sahibliyi edəcək!!


Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirəcək.

Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparacaqlar.


Story Code: 1046159

News Link :
https://www.islamtimes.org/az/news/1046159/bakı-islamofobiya-ilə-mübarizəyə-dair-beynəlxalq-konfransa-ev-sahibliyi-edəcək

Islam Times
  https://www.islamtimes.org