0
Monday 13 March 2023 - 20:27

Haaretz: “İsrail”in dağılmasının vaxtı çatıbmı?

Story Code : 1046527
Haaretz: “İsrail”in dağılmasının vaxtı çatıbmı?
“Haaretz” qəzeti hesabatında yazıb ki, hazırda bir qrup ekspert mövcud hakim sistemə mümkün alternativləri araşdırır.

Bu araşdırmada iştirak edənlər hökumətdə işlərin necə idarə olunduğunu çox yaxşı bilirlər və bu hökumət sistemi üçün yeni və effektiv struktur yaratmağın mümkün olub-olmadığını öyrənməyə çalışırlar.

Hesabatda bildirilib ki, ekspertlər hələ ilkin mərhələdə olduqları üçün nəzərdən keçirilən variantları dərc etməyə hazır olmadıqlarını deyiblər.

Lakin sionist rejimin siyasi müstəvidə çıxılmaz vəziyyətə düşdüyünü nəzərə alaraq, mövcud sistemin əvəzlənməsinin mümkün variantları ilə bağlı ümummilli dialoq aparmağı planlaşdırırlar.