QR CodeQR Code

Rusiya: Amerika və müttəfiqləri dünyanı nüvə müharibəsinə doğru aparır

إسلام تايمز , 13 Mar 2023 19:29

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyi nüvə müharibəsinə təhlükəli amillər kimi ABŞ və müttəfiqlərini göstərib.


Əl-Cəzirə telekanalının məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi Qərb ölkələrinin döyüşkən hərəkətlərinin təhlükələri barədə xəbərdarlıq edib.

Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi açıqlamasında bildirib ki, diplomatiya artıq nüvə müharibəsinin qarşısını almaq üçün məsuliyyət daşıyır.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında Vaşinqton və müttəfiqlərinin təhrik edici hərəkətləri səbəbindən dünyada nüvə müharibəsi ehtimalının artdığı vurğulanır.

Qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlaması ilə ABŞ və Avropa ölkələri Ukraynaya külli miqdarda hərbi silah göndərməklə yanaşı, Rusiya ordusunun irəliləməsini dayandırmaq və Ukraynaya dəstək olmaq üçün Moskvaya qarşı sərt sanksiyalar tətbiq edib.


Story Code: 1046528

News Link :
https://www.islamtimes.org/az/news/1046528/rusiya-amerika-və-müttəfiqləri-dünyanı-nüvə-müharibəsinə-doğru-aparır

Islam Times
  https://www.islamtimes.org