QR CodeQR Code

Amerikalı jurnalist: ABŞ rəsmiləri Putinə nifrət etdikləri üçün axmaq addımlar atdılar

إسلام تايمز , 13 Mar 2023 20:43

İslamTimes: “Şimal axını” qaz kəmərinin partladılmasında ABŞ və NATO-nun iştirakını ifşa edən araşdırmaçı jurnalist Seymur Herş bildirib ki, ABŞ liderləri hələ də “soyuq müharibə” zehniyyəti ilə davranırlar.


"RussiaToday"ın verdiyi xəbərə görə, tanınmış araşdırmaçı jurnalist Seymur Herş bazar günü verdiyi müsahibədə Amerika rəsmilərinin xarici siyasət sahəsində “tam axmaqlığı” nəzəriyyəsini irəli sürüb.

Çin dövlət telekanalına müsahibə verən Amerikalı jurnalist deyib: "Amerika rəsmiləri Rusiya prezidenti Vladimir Putinə nifrətə o qədər qərq olublar ki, bu nifrət onları axmaqca addımlar atmağa sövq edir."

Pulitzer mükafatılı Herş ABŞ prezidenti Co Baydenin keçən ay “Şimal axını” təbii qaz kəmərində təxribat törətmək barədə göstəriş verdiyini dedokd sonra, bunu Vaşinqtonun son illərdə qəbul etdiyi “ən axmaq” qərarlardan biri adlandırıb.

 


Story Code: 1046530

News Link :
https://www.islamtimes.org/az/news/1046530/amerikalı-jurnalist-abş-rəsmiləri-putinə-nifrət-etdikləri-üçün-axmaq-addımlar-atdılar

Islam Times
  https://www.islamtimes.org