0
Monday 13 March 2023 - 20:57

Kənani səfirin çağırılmasına münasibət bildirib

Story Code : 1046532
Kənani səfirin çağırılmasına münasibət bildirib
Axar.az xəbər verir ki, bunu İran XİN-in sözçüsü Nasir Kənani Tehranın Azərbaycandakı səfirinin XİN-ə çağırılmasını şərh edərkən deyib.

“Belə uçuşlar vaxtaşırı İranın sərhədyanı rayonlarında və İran ərazisində monitorinqlər çərçivəsində həyata keçirilir. Radarlarla qeydə alınan pozuntular və ya hər hansı nasazlıqlar zamanı radio vasitəsilə xəbərdarlıqlar alınır. Bu uçuşla bağlı heç bir xəbərdarlıq olmayıb”, - o bildirib.

Kənani qeyd edib ki, müəyyən edilmiş qaydalara əsasən, bu cür məsələləri ixtisaslaşmış strukturlar həll edir, lakin Bakı bunu etməyib:

“Azərbaycanla müdafiə sahəsində əlaqələrimiz var, səfirliyimiz fəal işləyir, orada hərbi attaşemiz fəaliyyət göstərir. Əgər bu, xoş niyyətə əsaslansaydı, o zaman İran səfirliyinə və hərbi attaşemizə sualla müraciət etmək olardı. Fikir mübadiləsi aparılar və anlaşılmazlıq aradan qaldırılardı. Azərbaycan hökumətinin səfiri çağırmasını xoş niyyətli hərəkət kimi qiymətləndirə bilmərik. Tehran Bakı ilə konstruktiv qarşılıqlı fəaliyyətə ümid edir. Biz bu kimi məsələlərin ixtisaslaşmış strukturlar çərçivəsində qaldırılacağını və həllini gözləyirik. Mübahisəli məsələlərin mətbuatda və tribunalardan səsləndirilməsi onların həllinə kömək etmir və xoşməramlılıq əlaməti deyil”.