QR CodeQR Code

Lavrov iranlı həmkarı ilə əməkdaşlığı müzakirə etdi

14 Mar 2023 01:35

İslamTimes: Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında bazar ertəsi telefon danışığı baş tutub.


Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidmətindən bildirilib.

"İkitərəfli gündəlikdə duran bir sıra məsələlər müzakirə edilib. Tərəflər Rusiya-İran çoxşaxəli əməkdaşlığının inkişafında müsbət dinamikanın gücləndiyini qeyd ediblər. Ölkələrimizə qarşı qeyri-qanuni birtərəfli sanksiyalara baxmayaraq, ticarətin rekord səviyyədə olmasından məmnunluq ifadə olunub.

XİN rəhbərləri aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Yaxın koordinasiyanın davam etdirilməsində, o cümlədən iki nazir arasında gözlənilən görüşlər çərçivəsində qarşılıqlı maraq təsdiq edilib", - deyə mətbuat xidmətindən bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.

 


Story Code: 1046568

News Link :
https://www.islamtimes.org/az/news/1046568/lavrov-iranlı-həmkarı-ilə-əməkdaşlığı-müzakirə-etdi

Islam Times
  https://www.islamtimes.org