QR CodeQR Code

Zaxarovadan serb nazirə: ABŞ-a çağırış edin, bizə deyil!

14 Mar 2023 00:31

İslamTimes: Serbiya iqtisadiyyat naziri Rade Basta Rusiyaya sanksiyalar təklif etmək əvəzinə ABŞ-ın təzyiqlərinə qarşı çıxmalıdır.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Necə də qəribə mövqedir: Amerika Serbiyaya təzyiq edir, serbiyalı nazir isə Rusiyaya qarşı çıxmağa çağırır. Bəlkə, serbiyalı nazirin öz ölkəsinə təzyiqlərə qarşı qətiyyətlə çıxış etməsi yaxşı olardı? Rusiya ABŞ-dan fərqli olaraq, həmişə Serbiya və onun xalqına hörmət bəsləyib. Məsələ sadəcə tarixi həqiqətdə deyil, həm də aydın faktdadır: Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı Birləşmiş Ştatların Serbiyaya təzyiqləri bitməyəcək, daha da artacaq”, - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, Serbiyanın iqtisadiyyat naziri Rade Başta ölkəsinin antirusiya sanksiyalarına qoşulmaqdan imtina etdiyinə görə ağır bədəl ödədiyini, buna görə də AB-nin Kremlə qarşı sanksiyalarını dəstəklədiyini bildirib.


Story Code: 1046580

News Link :
https://www.islamtimes.org/az/news/1046580/zaxarovadan-serb-nazirə-abş-a-çağırış-edin-bizə-deyil

Islam Times
  https://www.islamtimes.org