0
Tuesday 14 March 2023 - 15:35

Aliməqamlı Rəhbər: "ABŞ sanksiyalarına məruz qalan ölkələr əməkdaşlıqla bu silahı məhv etməlidirlər"

Story Code : 1046614
Aliməqamlı Rəhbər: "ABŞ sanksiyalarına məruz qalan ölkələr əməkdaşlıqla bu silahı məhv etməlidirlər"
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahül-üzma Xamenei bu görüşdə ABŞ və bəzi Qərb ölkələrinin İran və Belarusa qarşı zorakı sanksiyalarını bu iki ölkə arasında ortaq cəhətlərdən biri hesab edərək, vurğulayıblar: "ABŞ-ın sanksiyalarına məruz qalan ölkələr birgə işləməli və sanksiya silahını sanksiya edən qərb dövlətlərinin əlindən almaq üçün birgə qrup yaratmalıdırlar və bunun edilə biləcəyinə inanırıq".
Aliməqamlı Rəhbər inqilabın qələbəsinin əvvəlindən Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara, eləcə də son on iki ilin ən sərt sanksiyalarının tətbiqinə toxunaraq qeyd ediblər: "Sanksiyalar İranı öz imkanları və daxili qüvvələrindən xəbərdar etdi və həmin müddətində sanksiyalar İran üçün bir çox inkişaflara zəmin yaratdı. Ölkəmiz müxtəlif sahələrdə, o cümlədən elm və texnologiya, tibbi-bioloji, hava-kosmos, nüvə və nanotexnologiya sahələrində heyrətamiz irəliləyişə nail ola bildi".
O Həzrət İran və Belarus arasında “elm və texnologiya”, "ticarət" və "beynəlxalq forumlarda siyasi fəaliyyətlər" də daxil olmaqla əməkdaşlıq sahələrini xatırladaraq, şimal-cənub tranzit dəhlizinə işarə edib və buyurublar: "Şimal-cənub tranzit dəhlizinin işə salınması hər iki ölkənin, eləcə də Rusiyanın və regionun xeyrinədir və hər iki tərəf onun işə salınması üçün çalışmalıdır".
İslam İnqilabının Aliməqamlı Rəhbəri qeyd ediblər ki, razılaşmalar və sözlər iclaslarda bitməməlidir, xüsusi izləmə və konkret zamanla həyata keçirilməlidir.
Belarus prezidenti də öz növbəsində İslam İnqilabının Aliməqamlı Rəhbəri ilə görüşdən böyük məmnunluq duyduğunu bildirib və deyib: "İran İslam Respublikası sanksiyalar dövründə heyrətamiz təcrübə və tərəqqi əldə edib və biz hesab edirik ki, sanksiyalar şəraitindən düzgün istifadə edilərsə, bu, irəliləyiş üçün fürsət ola bilər. İrana səfərimin məqsədi İranın əldə etdiyi nailiyyətlərlə yaxından tanış olmaq idi".
 
Source : Sahartv
Comment