QR CodeQR Code

İran Rusiyadan Su-35 qırıcılarının alınması ilə bağlı müqaviləni yekunlaşdırıb

Sahartv , 14 Mar 2023 13:57

İslamtimes - İran İslam Respublikası, Rusiyadan Sukhoi-35 təyyarələrinin alınması ilə bağlı prosedurları tamamlayıb".


SəhərAzəri- "Sputnik" xəbər agentliyinin məlumatına görə, İranın BMT-dəki daimi nümayəndəliyi ölkəsinin Rusiyadan Sukhoi-35 təyyarələrinin alınması ilə bağlı müqaviləni yekunlaşdırdığını, lakin bu təyyarələrin sayı və çatdırılma tarixi ilə bağlı məlumatın məxfi olduğunu bildirib.
Sputnik İranın BMT-dəki missiyasına istinad edərək, bildirib ki, 1988-ci ildə İran-İraq müharibəsi başa çatdıqdan sonra İran bir sıra ölkələrdən döyüş təyyarələri satmaq imkanının araşdırılmasını istəyib və Rusiya onları satmağa hazır olduğunu açıqlayıb.
İranın BMT-dəki missiyası əlavə edib ki, "Sukhoi-35 qırıcıları texniki cəhətdən İran tərəfindən təsdiqlənib. Ona görə də, 2020-ci ilin oktyabrında BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən İrana qarşı adi silahların alınmasına qoyulan qadağa sona çatdıqdan sonra, İran İslam Respublikası, Rusiyadan Sukhoi-35 təyyarələrinin alınması ilə bağlı prosedurları tamamlayıb".
İranın BMT-dəki missiyası sazişin nə vaxt tamamlandığını və İranın Rusiyadan nə qədər təyyarə alacağını dəqiqləşdirməyib və deyib: "Onlar məxfi olduğu üçün heç bir təfərrüat açıqlanmayacaq".
 


Story Code: 1046646

News Link :
https://www.islamtimes.org/az/news/1046646/iran-rusiyadan-su-35-qırıcılarının-alınması-ilə-bağlı-müqaviləni-yekunlaşdırıb

Islam Times
  https://www.islamtimes.org