0
Tuesday 14 March 2023 - 19:21

Çin: Amerika məntəqədə gərginliyin artmasına səbəb olur

Story Code : 1046706
Çin: Amerika məntəqədə gərginliyin artmasına səbəb olur
Sputnik-in məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və Cənubi Koreya arasında birgə hərbi təlim keçirməmək barədə xəbərdarlıq edib.

Çinin “Global Times” qəzeti Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbinə istinadən yazıb ki, ABŞ-Cənubi Koreya birgə hərbi təlimi Pekində narahatlıq yaradıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Pekin münaqişə tərəflərinin gərginliyi artırmaq əvəzinə Koreya yarımadasında sülh və sabitliyə kömək etmək üçün addımlar atmasını istəyir.