QR CodeQR Code

Tehranda metroda 100 kq partlayıcı maddə daşıyan 5 nəfər saxlanılıb

14 Mar 2023 19:58

İslamTimes: Tehranın "Mövləvi" metro stansiyasında azı 100 kiloqram partlayıcı maddə müsadirə olunub.


APA xəbər verir ki, bu barədə İSNA agentliyi şəhərin polis rəisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, 5 nəfər şəxs partlayıcı daşıyan zaman “Molavi” stansiyasında saxlanılıblar.

Şübhəli şəxslər ölkənin şərqindəki şəhərlərdən birinin ərazisindən partlayıcı maddəni götürərək şəhərdəki alıcılardan birinə çatdırmağı planlaşdırıb.

Saxlanılan şəxslər əməllərini etiraf ediblər və onların işi şəhər prokurorluğuna təhvil verilib.

Onlara qarşı cinayət işinin açılması gözlənilir.


Story Code: 1046715

News Link :
https://www.islamtimes.org/az/news/1046715/tehranda-metroda-100-kq-partlayıcı-maddə-daşıyan-5-nəfər-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org