QR CodeQR Code

Tbilisidə etirazçılar Aİ-nin bayrağını yandırdı - Yeniləndi

14 Mar 2023 18:28

İslamTimes: Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasının namayəndələri Avropa İttifaqının (Aİ) bayrağını yandırıblar.


Teleqraf.com “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bayraq parlament binasının önündə yandırılıb.

Qeyd edək ki, Aİ bayrağının yandırılmasına görə 380 dollar cərimə nəzərdə tutulub.

Gürcüstanın paytaxtı Tbilisidə yenidən etiraz aksiyaları başlayıb.

Teleqraf.com “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiyalar televiziya kanalları ilə yayımlanmır.

Məlumata görə, etirazçılar parlament binası önünə toplaşıblar.

Əvvəlki aksiyalardan fərqli olaraq, budəfəki etirazçılar “Xarici agentlər haqqında" qanun layihəsini dəstəkləyir və buna etiraz bildirənləri tənqid edirlər.


Story Code: 1046722

News Link :
https://www.islamtimes.org/az/news/1046722/tbilisidə-etirazçılar-ai-nin-bayrağını-yandırdı-yeniləndi

Islam Times
  https://www.islamtimes.org