QR CodeQR Code

Rusiya MN Qara dənizdə ABŞ dronun düşməsi ilə bağlı məlumat yayıb

15 Mar 2023 00:07

İslamTimes: ABŞ dronunun Krım üzərində uçuşu hava məkanından istifadə rejiminin ərazisinin sərhədlərini pozaraq transponderlər söndürülməklə həyata keçirilib.


APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, pilotsuz uçuş aparatı aşkar edildikdən sonra Rusiyanın növbətçi hava hücumundan müdafiə qüvvələrinin qırıcıları havaya qaldırılıb.

"Qəfil manevr nəticəsində ABŞ pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa keçib və su ilə toqquşub. Rusiya qırıcıları ABŞ dronuna qarşı silahdan istifadə etməyib, onunla təmasda olmayıb, sağ-salamat aerodroma qayıdıb", - deyə Rusiya MN-dən bildirilib.


Story Code: 1046765

News Link :
https://www.islamtimes.org/az/news/1046765/rusiya-mn-qara-dənizdə-abş-dronun-düşməsi-ilə-bağlı-məlumat-yayıb

Islam Times
  https://www.islamtimes.org