0
Wednesday 15 March 2023 - 00:07

Rusiya MN Qara dənizdə ABŞ dronun düşməsi ilə bağlı məlumat yayıb

Story Code : 1046765
Rusiya MN Qara dənizdə ABŞ dronun düşməsi ilə bağlı məlumat yayıb
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, pilotsuz uçuş aparatı aşkar edildikdən sonra Rusiyanın növbətçi hava hücumundan müdafiə qüvvələrinin qırıcıları havaya qaldırılıb.

"Qəfil manevr nəticəsində ABŞ pilotsuz uçuş aparatı hündürlüyü itirərək nəzarətsiz uçuşa keçib və su ilə toqquşub. Rusiya qırıcıları ABŞ dronuna qarşı silahdan istifadə etməyib, onunla təmasda olmayıb, sağ-salamat aerodroma qayıdıb", - deyə Rusiya MN-dən bildirilib.