0
Wednesday 15 March 2023 - 11:06

Qara dənizdə təhlükəli gəlişmə: ABŞ-Rusiya savaşı başlayır?

Story Code : 1046831
Qara dənizdə təhlükəli gəlişmə: ABŞ-Rusiya savaşı başlayır?
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklərin fikrincə, hər iki ölkənin prezidentləri belə hadisələrə necə reaksiya verəcəyini seçmək azadlığını özündə saxlayır.

“Prezident Co Baydenin ABŞ qüvvələrini Rusiya ilə birbaşa münaqişəyə cəlb etməmək barədə dəfələrlə verdiyi vədləri, eləcə də Kremlin NATO ilə müharibəyə getmək istəmədiyini açıq formada və dəfələrlə nümayiş etdirdiyini nəzərə alsaq, belə hadisələrin təhlükəli eskalasiyaya səbəb olacağına heç bir əsas yoxdur”, - təhlildə deyilir.

Həmçinin qeyd olunur ki, Rusiya qüvvələri onilliklər ərzində bir neçə əməliyyat teatrında münaqişə yaratmadan ABŞ və onun müttəfiqlərinin təyyarə və dəniz gəmilərinə qarşı xəbərdarlıq siqnallarından istifadə edib.

Martın 14-də axşam saatlarında Rusiyanın “Su-27” təyyarəsinin Qara dəniz üzərində beynəlxalq hava məkanında Amerikanın “MQ-9 Reaper” kəşfiyyat PUA-sını vurduğu iddia edilir. Rusiya tərəfi isə PUA-nın kənar müdaxilə olmadan qəzaya uğradığını bildirib.

Ağ Ev isə Rusiyanın addımını “qeyri-peşəkar və təhlükəli” adlandırıb.