0
Wednesday 15 March 2023 - 19:27

Türki Əl-Fesəl: Amerika İran, Ərəbistan münasibətlərində etibarlı vasitəçi ola bilməz

Story Code : 1046909
Türki Əl-Fesəl: Amerika İran, Ərəbistan münasibətlərində etibarlı vasitəçi ola bilməz
Səudiyyə Ərəbistanı kəşfiyyatının keçmiş rəhbəri Turki əl-Faysal çərşənbə axşamı AFP-yə müsahibəsində deyib ki, ABŞ və Avropa, Çinin İran və Səudiyyə Ərəbistanı arasında danışıqlara vasitəçilik etdiyi kimi bu sövdələşməyə vasitəçilik edə bilməzdi.

Türki əl-Faysal deyib ki, Çin hər iki tərəflə yaxşı münasibətlərə malik olduğu üçün bunu bacarıb.

“Middle East Eye” nəşrinin məlumatına görə, Pekində Çinin vasitəçiliyi ilə Ər-Riyad və Tehran arasında əldə olunan razılaşma xəbəri Vaşinqtonu təəccübləndirib və Amerika hökumətinin rəsmiləri və üzvləri bu ölkənin təsirinin azaldılması ilə bağlı narahatlıqları aradan qaldırmağa çalışıblar.