0
Thursday 16 March 2023 - 09:28

Netanyahu məhkəmə islahatları ilə bağlı prezidentin güzəşt təklifini rədd edib

Story Code : 1046991
Netanyahu məhkəmə islahatları ilə bağlı prezidentin güzəşt təklifini rədd edib
İşğalçı İsrail rejiminin baş naziri Benyamin Netanyahu sionist rejim prezidenti İtsak Hersoqun mübahisəli məhkəmə islahatları ilə bağlı irəli sürdüyü kompromis təklifini rədd edib.

APA-nın məlumatına görə, bu barədə Netanyahu özünün “Twitter“ səhifəsində yazıb. Körpə qatili kimi tanınan baş nazirin sözlərinə görə, prezidentin planı hakim koalisiyanın can atdığı hakimiyyət qolları arasında balansı təmin etmir.

“Təəssüf ki, prezidentin təklifi koalisiya nümayəndələri ilə razılaşdırılmadı. Onun təqdim etdiyi planın əsas hissələri yalnız mövcud vəziyyəti gücləndirir və İsraildə hakimiyyət qolları arasında lazımi tarazlığı gətirmir. Bu, acı həqiqətdir”.

Netanyahu, prezidentin məhkəmə islahatları ilə bağlı danışıqlar aparmaq cəhdlərini alqışlayıb, müxalifəti dialoqa hazır olmamaqda ittiham edib.