QR CodeQR Code

London polisindən baş nazir Sunaka xəbərdarlıq

16 Mar 2023 09:46

İslamTimes: Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ailəsi paytaxt Londondakı Hyde Parkda itlərini ipsiz gəzdirdiklərinə görə polis tərəfindən onlara xəbərdarlıq edilib.


Axar.az Manset.az-a istinadən xəbər verir ki, İngiltərə Baş naziri Rişi Sunak və həyat yoldaşı Akşata Murtinin Nova adlı itlərini paytaxt Londondakı Hyde Parkda gəzdirərkən çəkilən videonun sosial mediada paylaşılmasından sonra London Polisi açıqlama yayıb.

Açıqlamada parkda olan bir polis məmurunun vəziyyətə müdaxilə etdiyi, baş nazirin xanımı ilə danışaraq qaydaları bir daha xatırlatdığı deyilib.

Mövzu ilə bağlı Sunakdan açıqlama gəlməyib.


Story Code: 1046992

News Link :
https://www.islamtimes.org/az/news/1046992/london-polisindən-baş-nazir-sunaka-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org