0
Thursday 16 March 2023 - 10:00

Türkiyədə seldən 68 nəfər zərər çəkib, 5 nəfər itkin düşüb

Story Code : 1047003
Türkiyədə seldən 68 nəfər zərər çəkib, 5 nəfər itkin düşüb
“Report” xəbər verir ki, bu barədə səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir onların sağlamlıq durumlarının yaxşı olduğunu deyib.

"Sel zamanı Şanlıurfada 60, Adıyamanda 8 nəfər zərər çəkib. Onların ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Adıyamanda 2, Şanlıurfada 3 nəfərin itkin düşdüyü məlum olub. Şanlıurfada 93 təcili yardım və 3 UMKE (Milli Tibbi Xilasetmə Qrupu) qrupu, Adıyamanda 5 təcili yardım maşını 3 UMKE qrupları ayrılıb və zəruri səhiyyə xidmətləri göstərilir”, - nazir deyib.

Qeyd edək ki, daxili işlər naziri Süleyman Soylu bölgədə daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, 5 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.