0
Thursday 16 March 2023 - 17:12

Putin: Almaniya Amerikanın işğalı altındadır

Story Code : 1047041
Putin: Almaniya Amerikanın işğalı altındadır
Reuters-in verdiyi məlumata görə, Rusiya prezidenti Almaniyanı hələ də işğal altında olan ölkə kimi qeyd edib.

Rusiya prezidenti Vladimir Putin çərşənbə günü bəyan edib ki, Almaniyanın Rusiya qaz kəmərlərində baş verən partlayışa reaksiyası ölkənin İkinci Dünya Müharibəsinin bitməsindən onilliklər keçməsinə baxmayaraq hələ də işğal olunmuş ölkə olduğunu və müstəqil hərəkət edə bilməyəcəyini sübut edib.

Rusiya prezidenti “Rossiya-1” telekanalına müsahibəsində deyib ki, Avropa liderləri suverenlik və müstəqillik hissini itiriblər.

Putin qeyd edib ki, Almaniya kimi Qərb dövlətləri ötən il “Şimal axını” qaz kəmərlərində baş verən partlayışlarla bağlı aparılan araşdırmalara ehtiyatla reaksiya verib, partlayışların qəsdən törədildiyini bəyan ediblər, lakin bu ölkələr partlayışlara görə kimin məsuliyyət daşıdığını göstərməkdən çəkiniblər.