0
Friday 17 March 2023 - 18:11

Çin: Amerika və müttəfiqləri soyuq müharibə düşüncəsi ilə hərəkət edirlər

Story Code : 1047190
Çin: Amerika və müttəfiqləri soyuq müharibə düşüncəsi ilə hərəkət edirlər
Reuters xəbər agentliyinin verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü üç ölkənin, ABŞ, Avstraliya və Böyük Britaniyanın Çin əleyhinə birgə hərəkətlərini tənqid edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin cümə günü ABŞ və onun digər iki müttəfiqinin hərəkətlərini tənqid edib və deyib: "Amerika, İngiltərə və Avstraliya təhlükəsizlik tərəfdaşlığı yaratmaq məqsədi ilə Anglosakson dairəsi yaradıblar."

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ və İngiltərənin Avstraliyanı nüvə sualtı qayığı ilə təchiz etməsinə toxunaraq vurğulayıb ki, bu tipik soyuq müharibə zehniyyətidir.
Comment