QR CodeQR Code

Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası başlayıb

18 Mar 2023 10:16

İslamTimes: Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyası şənbə günü başlayır, "sükut günü" elan edilən mayın 13-dək davam edəcək.


Səsvermənin özü mayın 14-də, lazım gələrsə, prezident seçkilərinin ikinci turu isə mayın 28-də keçirilə bilər.

Bu barədə APA TRT telekanalına istinadən xəbər verir.

“Seçki Təqvimi” bu həftə Türkiyə Ali Seçki Şurası tərəfindən təsdiq edilib. MSK-nın qərarına əsasən, prezidentliyə namizədlərin irəli sürülməsi martın 19-da başlanacaq və martın 23-də yerli vaxtla saat 17:00-da başa çatacaq, namizədlərin siyahısı martın 31-də “Rəsmi Qəzet”də dərc olunacaq. Bundan sonra namizədlərin siyahısı açıqlanacaq. Ardınca, təşviqat kampaniyası başlaya bilər.

Seçkilərdə iştirak edəcək siyasi partiyalar və ya birliklər martın 24-də günün sonuna qədər öz namizədlərinin siyahılarını MSK-ya təqdim etməlidirlər.


Story Code: 1047306

News Link :
https://www.islamtimes.org/az/news/1047306/türkiyədə-prezident-və-parlament-seçkiləri-ilə-bağlı-seçki-kampaniyası-başlayıb

Islam Times
  https://www.islamtimes.org