0
Saturday 18 March 2023 - 09:52

"İran-Səudiyyə yaxınlaşması İsrailin xarici siyasətinə çox güclü zərbədir"

Story Code : 1047308
"İran-Səudiyyə yaxınlaşması İsrailin xarici siyasətinə çox güclü zərbədir"
Çin lideri Si Szinpin antiamerika ritorikasını gücləndirib. Öz növbəsində, Çin Rusiyaya silah ötürərsə, Vaşinqton Pekinlə iqtisadi əlaqələri hətta öz zərərinə də kəsməyə hazırdır.

Axar.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq və publisist Andrey Piontkovski bildirib.

O qeyd edib ki, Szinpin Səudiyyə Ərəbistanı və İranı barışdırmaqda diplomatik uğur qazana bilib, buna əvvəllər heç kim nail ola bilməyib:

"Bu barışıq antiamerika və antiisrail zəmində baş verib. Bu, illərdir Yaxın Şərqdə mövqelərini möhkəmləndirən İsrailin xarici siyasətinə çox güclü zərbədir".