0
Sunday 19 March 2023 - 01:05

Ukraynada üç nazir istefa ərizəsi yazdı

Story Code : 1047459
Ukraynada üç nazir istefa ərizəsi yazdı
"Unikal" ukrinform-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin parlamentdəki nümayəndəsi Taras Melniçuk məlumat yayıb.

“Ali Rada təhsil və elm naziri Sergey Şkarletin, strateji sənayelər naziri Pavla Ryabikin və Ukrayna baş nazirinin müavini – rəqəmsal transformasiya naziri Mixail Fyodorovun istefalarını qeydə alıb”, - deyə o qeyd edib.