QR CodeQR Code

Pakistanda ABŞ casusları tutuldu

8 Oct 2011 21:41

IslamTimes - Pakistanın Pəncab əyalətində 4 amerikalı casusluq ittihamı ilə həbs edildi.


“IslamTimes” “PressTV”-yə istinadən xəbər verir ki, Pakistanın Lahur şəhərində amerikalılar tərəfindən iki pakistanlının qətlə yetirilməsinin ardınca iki ölkə arasında gərginlik artdı. Çox çəkmədi ki, Pakistanın Pəncab əyalətində 4 amerikalı casusluq ittihamı ilə həbs edildi.

Yayılmış məlumata əsasən, 7 oktyabrda ölkənin şimalında hərbi hissələrin yaxınlığında 4 amerikalı saxlanılıb. İstintaq üçün amerikalılar naməlum istiqamətdə aparılıb. Hazırda iki ölkə arasında bu mövzu ilə bağlı danışıqlar gedir.


Story Code: 104757

News Link :
https://www.islamtimes.org/az/news/104757/pakistanda-abş-casusları-tutuldu

Islam Times
  https://www.islamtimes.org