0
Sunday 19 March 2023 - 22:19

Bəşər Əsəd BƏƏ-yə səfər edib

Story Code : 1047607
Bəşər Əsəd BƏƏ-yə səfər edib
Sputnik xəbər agentliyinin verdiyi məlumata görə, Suriya prezidenti Bəşər Əsəd həyat yoldaşı Əsma Əsədlə bazar günü Əbu-Dabiyə gəlib.

Suriya prezidentinin bəyanatına görə, Bəşər Əsəd Əbu-Dabi hava limanında BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qarşılanıb.

Daha sonra tərəflər danışıqlar üçün Əbu-Dabidəki Qəsr Əl-Vətən Sarayına gediblər.

Bu bəyanatda bildirilir ki, Bəşər Əsədin təyyarəsi BƏƏ hava məkanına daxil olan zaman qarşılama mərasimi kimi onun təyyarəsini bir neçə qırıcı təyyarə müşayiət edib.

Bəşar Əsəd BƏƏ-yə daxil olan zaman rəsmi qarşılama törəni başlayıb və 21 dəfə topdan atəş açılıb.