QR CodeQR Code

İsrailli zabitlər orduya arxa çevirdi!

19 Mar 2023 23:38

İslamTimes: Yüzlərlə israilli zabit işğalçı İsrail ordusunun təlimlərində iştirak etməməklə bağlı soinist rejim rəhbərliyini hədələyib.


Sionist rejimin yüzlərlə zabiti bu gün məhkəmə islahatlarına qarşı ilk etiraz aksiyasında bu gün, ümumiyyətlə bu həftə təlimlərdə iştirak etməyəcəklərini elan ediblər.

Əl-Ərəbi Əl-Cədid saytının məlumatına görə, sionist rejimin xüsusi əməliyyat briqadasının Fələstin hüdudlarından kənarda əməliyyatların aparılmasına cavabdeh olan bir neçə zabiti bu rejimin hava qüvvələrinin zabitləri, hücum və Siber müdafiə birlikləri, bu gün məhkəmə sistemindəki islahatlara etiraz etmək üçün, bu həftə keçiriləcək manevrlərə qatılmayacaqlarını açıqlayıblar.

İbrani “Haaretz” qəzeti, ordu fəaliyyətlərində iştirakdan imtina edəcək zabitlərin ümumi sayının 920 nəfər olduğunu yazıb.

Digər tərəfdən, 250-dən çox keçmiş zabit Benyamin Netanyahunun kabinetini sionist rejimin milli təhlükəsizliyini təhlükə altına almaqda ittiham edən məktub imzalayıb.


Story Code: 1047609

News Link :
https://www.islamtimes.org/az/news/1047609/israilli-zabitlər-orduya-arxa-çevirdi

Islam Times
  https://www.islamtimes.org