0
Saturday 8 October 2011 - 22:12

Bəşara dəstək aksiyası

Story Code : 104770
Bəşara dəstək aksiyası
Bəşara dəstək aksiyası
“IslamTimes” “PressTV”-yə istinadən xəbər verir ki, Colan yüksəkliklərində məskunlaşmış yüzlərlə Dəruzi Bəşar Əsədə dəstək aksiyası keçirib.

Suriya bayrağı və Bəşar Əsədin şəklini tutmuş 5 yüzdən artıq aksiyaçı cümə günü İsrailin nəzarəti altında olan Mucəddəl qəsəbəsinə üz tutub. Aksiyaçılar “biz Bəşarı sevirik”, “ordu ilə birgəyik” kimi şüarlar səsləndiriblər.

1967-ci ildə 6 günlük müharibədə işğalçı İsrail Suriyaya məxsus Colan yüksəkliklərini işğal edib. Bu günə qədər beynəlxalq təşkilatların təlaşları səmərəsiz qalıb. Amma Suriya itirilmiş ərazilərin geri qaytarılması üçün fəaliyyətlərini dayandırmayıb.
Comment