QR CodeQR Code

Donald Trampın ehtimal olunan həbsi ilə əlaqədar polis “hazır ol” vəziyyətinə gətirilib

Sahartv , 22 Mar 2023 11:05

İslamtimes - Donald Trampın ehtimal olunan həbsi ərəfəsində Amerikanın bir neçə şəhərində polis hazır vəziyyətə gətirilib


SəhərAzəri-nin məlumatına əsasən, Amerikanın bir sıra iri şəhərlərində polis Donald Trampın həbs olunacağı təqdirdə mümkün iğtişaşlara hazırlaşır.
Nyu-York, Vaşinqton, Los-Anceles və Los-Ancelesdə yerli təhlükəsizlik orqanları gücləndirici iş rejiminə keçiblər.

Nyu-York prokurorları şou-biznes adamına  susdurulmuş pul ödənişləri ilə bağlı işdə Trampa rəsmi ittiham irəli sürə bilər. Bu həyata keçirilsə, demək olar ki, nəticədə bu ABŞ-ın keçmiş prezidentinə qarşı açılan ilk cinayət işi olacaq.

Belə ki, Trampın barmaq izi və fotoşəkili çəkildikdən sonra rəsmi ittiham oluna biləcəyi Manhetten Cinayət Məhkəməsinin kənarında polis bazar ertəsi metal baryerlər qurdu. Amerika mediası tez-tez bu həftə Trampa qarşı rəsmi ittiham irəli sürüləcəyini bəyan edir. Nyu Yorkdakı Trump Tower xaricində də polisin iştirakı artıb.

"BBC" bildirib ki, mülki geyimli dedektivlər də daxil olmaqla, Nyu York Polisinin bütün üzvlərinə çərşənbə axşamı ayıq-sayıq olmaq və uniforma geyinmək əmri verilib. Bununla da Nyu-York polisi və ABŞ Federal Polisinin Xüsusi Əməliyyat Qrupu Donald Trampın mümkün həbsinə hazırlıq üçün bu ölkənin prezidentlərinin mühafizəsi ilə məşğul olan ABŞ-ın məxfi polisi ilə əlaqə də saxladığı bildirilir.


Story Code: 1048053

News Link :
https://www.islamtimes.org/az/news/1048053/donald-trampın-ehtimal-olunan-həbsi-ilə-əlaqədar-polis-hazır-ol-vəziyyətinə-gətirilib

Islam Times
  https://www.islamtimes.org