0
Wednesday 22 March 2023 - 19:41

Amerika sionist rejimin səfirini çağırıb

Story Code : 1048134
Amerika sionist rejimin səfirini çağırıb
"Əl-Cəzirə"nin verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti İordan çayının qərb sahilinin şimalındakı yaşayış məntəqələrinin boşaldılmasının ləğvi ilə bağlı qanunun yekun təsdiqinə etiraz olaraq sionist rejimin səfirini Knessetə çağırıb.

Sionist Knessetin üzvü Mirav Koen Netanyahunun bütün regionu yandıra biləcək təhlükəli siyasətlərinə görə ABŞ-ın bu rejimin Vaşinqtondakı səfirini tənbeh etdiyini açıqlayıb.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Knessetin 31 üzvü bu qanunun lehinə, 18 üzvü isə əleyhinə səs verib.

Sözügedən qanun layihəsi artıq yeddi müxtəlif hökumətdə ardıcıl yeddi dəfə səsə qoyulsa da, təsdiq olunmayıb.

Bu qanuna əsasən, israillilər 18 illik qadağadan sonra İordan çayının qərb sahilindəki sionist yaşayış məntəqələrinə qayıda bilərlər.