QR CodeQR Code

Amerika sionist rejimin səfirini çağırıb

إسلام تايمز , 22 Mar 2023 19:41

İslamTimes: Knessetdə “İordan çayının qərb sahilinin şimalında yaşayış məntəqələrinin boşaldılmasının ləğvi” qanununun yekun təsdiqindən sonra Amerika sionist rejimin Vaşinqtondakı səfirini çağırıb.


"Əl-Cəzirə"nin verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti İordan çayının qərb sahilinin şimalındakı yaşayış məntəqələrinin boşaldılmasının ləğvi ilə bağlı qanunun yekun təsdiqinə etiraz olaraq sionist rejimin səfirini Knessetə çağırıb.

Sionist Knessetin üzvü Mirav Koen Netanyahunun bütün regionu yandıra biləcək təhlükəli siyasətlərinə görə ABŞ-ın bu rejimin Vaşinqtondakı səfirini tənbeh etdiyini açıqlayıb.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Knessetin 31 üzvü bu qanunun lehinə, 18 üzvü isə əleyhinə səs verib.

Sözügedən qanun layihəsi artıq yeddi müxtəlif hökumətdə ardıcıl yeddi dəfə səsə qoyulsa da, təsdiq olunmayıb.

Bu qanuna əsasən, israillilər 18 illik qadağadan sonra İordan çayının qərb sahilindəki sionist yaşayış məntəqələrinə qayıda bilərlər.


Story Code: 1048134

News Link :
https://www.islamtimes.org/az/news/1048134/amerika-sionist-rejimin-səfirini-çağırıb

Islam Times
  https://www.islamtimes.org