0
Wednesday 22 March 2023 - 18:49

Peskov: Amerika Ukraynaya danışıqlar haqqında düşünməyə imkan vermir

Story Code : 1048135
Peskov: Amerika Ukraynaya danışıqlar haqqında düşünməyə imkan vermir
Rasha Today-in məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə Çin prezidenti Si Cinpin arasında Moskvada keçirilən görüşdə deyib: "Ukraynanın Qərb tərəfdarı hesab edilən Avropa ölkələri, xüsusən də ABŞ, min bir bəhanə ilə Ukraynanın Rusiya ilə danışıqlara girməsinə imkan vermir. Onlar Kiyevə bu barədə düşünməyə belə imkan vermirlər."

O, çıxışının davamında deyib: "İndi üzlərdən maskalar çıxarılanda bütün bu ölkələr vəhşi və heyvani təbəssümlərini göstərirlər. Bizdən və Çindən başqa."

Çərşənbə axşamı Çin və Rusiya prezidentlərinin danışıqları zamanı Çinin bu yaxınlarda gündəmə gətirdiyi Ukrayna üçün 12 sülh bəndi məsələsi qeyd olunub.
Çinin bu təşəbbüsünü alqışlayan Vladimir Putin bu məsələyə hazır olduğunu və hərbi əməliyyatlara son qoyulması üçün diplomatik həll tapacağını vurğulayıb.

Danışıqlardan sonra Rusiya prezidenti qeyd edib: "Biz hesab edirik ki, Çinin sülh planının bir çox şərtləri Rusiyanın mövqeyinə uyğundur və sülh yolu ilə həll üçün əsas sayıla bilər. Lakin qarşı Ukraynadsn heç bir hazırlıq görməmişik."