0
Wednesday 22 March 2023 - 21:16

İsveç Parlamenti NATO-ya üzv olmağa icazə verən qanun layihəsini qəbul edib

Story Code : 1048149
İsveç Parlamenti NATO-ya üzv olmağa icazə verən qanun layihəsini qəbul edib
APA xəbər verir ki, bu barədə "Star" qəzeti məlumat yayıb. Parlamentdə keçirilən səsvermədə NATO-ya üzvlüyə 269 əleyhinə 37 lehinə səs verilib.

Sol Partiya və Yaşılların Ətraf Mühit Partiyası NATO üzvlüyünün əleyhinə səs verib.

İsveçin NATO-ya üzv olması üçün Türkiyə və Macarıstanın icazəsi lazımdır.

Hazırda 28 NATO ölkəsi Finlandiya və İsveçin NATO üzvlüyünü qəbul edib.