0
Thursday 23 March 2023 - 04:32

Peter Siyarto ABŞ-ı kəskin tənqid edib

Story Code : 1048200
Peter Siyarto ABŞ-ı kəskin tənqid edib
ABŞ Dövlət Departamentinin birtərəfli məlumatlara əsaslanaraq, digər ölkələrdə insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlaması, həmçinin digər dövlətlərin daxili işlərinə qarışması şokedici və qəbuledilməzdir.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.

Nazir vurğulayıb ki, Dövlət Departamentinin digər ölkələri xarakterizə etməyi və digər dövlətlərin daxili problemləri və vəziyyətləri ilə bağlı oxşar bəyanatlar verməyi öz üzərinə götürməsi onu şoka salıb.