0
Thursday 23 March 2023 - 02:34

Stoltenberq F-16 qırıcılarının Ukraynaya təhvil verilməsindən danışdı

Story Code : 1048201
Stoltenberq F-16 qırıcılarının Ukraynaya təhvil verilməsindən danışdı
APA xəbər verir ki, bunu “The Guardian“ qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, Qərb ölkələri artıq Ukrayna tərəfinə əraziləri işğaldan azad etmək üçün kifayət qədər texnika, o cümlədən tanklar, döyüş maşınları və raketlər verib.

O əlavə edib ki, indi Ukraynanın əsas məqsədi hücuma keçmək və işğal olunmuş əraziləri azad etməkdir.

Stoltenberq ABŞ Prezidenti Co Baydenin belə tədarükdən imtina etməsinə baxmayaraq, Amerika F-16 qırıcılarının Ukraynaya təhvil veriləcəyini istisna etməyib və əlavə edib ki, “F-16 ilə bağlı hələlik heç bir qərar verilməyib”.

“Biz səlahiyyətlərin gücləndirilməsi ehtiyacını həll etməyə davam etməliyik”, - deyə o bildirib.