0
Thursday 23 March 2023 - 22:33

Netanyahu diktatora çevrilir

Story Code : 1048332
Netanyahu diktatora çevrilir
Bu gün səhər saatlarında Knesset baş nazirin vəzifəsindən azad edilməsini və onun öz vəzifələrini yerinə yetirə bilmədiyini bəyan etməyə icazə verən qanunu qadağan edən planı təsdiqləyib.

“Arab48” xəbər saytının xəbərinə görə, bu qanunun təsdiqi korrupsiyada və etibara xəyanətdə ittiham olunan sionist rejimin baş naziri Benyamin Netanyahunun vəzifəsindən uzaqlaşdırılmasını çətinləşdirəcək.

Sözügedən plan, Knessetin 61 üzvünün lehinə, 47 üzvünün isə əleyhinə səsi ilə təsdiqlənib. Bugünkü səsvermədə "Likud" partiyasının iki üzvü "David Bitan" və "David Amsalem" və "Şas" partiyasının üzvü "Moşi Abutaboul" iştirak etməyib.