0
Thursday 23 March 2023 - 21:50

Amerika: Çin prezidentinin Rusiyaya səfərinin mesajları narahatlıq doğurur

Story Code : 1048334
Amerika: Çin prezidentinin Rusiyaya səfərinin mesajları narahatlıq doğurur
Reuters-in məlumatına görə, bu barədə cümə axşamı ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib: "Çin sədri Si Cinpinin Rusiyaya son səfəri və bu ölkənin prezidenti Vladimir Putinlə görüşü narahatedici mesajlar verir."

Çıxışının başqa bir hissəsində o deyib: Rusiya Amerika üçün ciddi təhlükədir; Vaşinqton lazım olduğu müddətdə Ukraynaya dəstəyini davam etdirəcək.

Çin prezidenti iki günlük səfər çərçivəsində martın 20-də Moskvaya gəlib. Si Cinpinin Moskvaya 2 günlük səfərindən və iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında birgə görüş və məsləhətləşmələrindən sonra Pekin və Moskva birgə bəyanat yayıb.

Bununla bağlı iki ölkənin yaydığı birgə bəyanatda deyilir: "Məsuliyyətli dialoq Ukraynada mövcud böhranın davamlı həllinə nail olmaq üçün ən yaxşı yoldur.
Rusiya və Çin güc siyasətinə, soyuq müharibə düşüncəsinə və blokların qarşıdurmasına qarşıdır."