0
Thursday 23 March 2023 - 22:30

Litva NATO-dan ölkə ərazisində əlavə sursat ehtiyatı saxlamağı xahiş edib

Story Code : 1048337
Litva NATO-dan ölkə ərazisində əlavə sursat ehtiyatı saxlamağı xahiş edib
APA-nın məlumatına görə, bunu cümə axşamı jurnalistlərə müdafiə naziri Arvidas Anusauskas deyib.

“NATO-nun hazırlanmaqda olan müdafiə planları Litvanın daxil olduğu alyansın Şərq cinahı regionunda əlavə arsenalın saxlanması üçün şəraiti nəzərdə tutmalıdır ki, sursat bütün Avropa vasitəsilə daşınmasın”, - o deyib.

Nazirin sözlərinə görə, bu ərəfədə Litva lazımi infrastrukturu genişləndirir.

"2024-cü ildə biz 30-a yaxın silah-sursat anbarı tikəcəyik" - Anusauskas əlavə edib.