0
Saturday 25 March 2023 - 09:52

UNICEF: “Yəməndə 11 milyon uşaq aclıq təhlükəsi ilə üzləşib”

Story Code : 1048592
UNICEF: “Yəməndə 11 milyon uşaq aclıq təhlükəsi ilə üzləşib”
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

UNİCEF-in yaydığı hesabatda həmçinin qeyd olunur ki, humanitar yardımın davam etdirilməsi üçün təcili olaraq 484 milyon ABŞ dollarına ehtiyac var.

"Yəməndə səkkiz ildir davam edən hərbi qarşıdurma milyonlarla uşağın həyatını məhv edib. Ölkədə 11 milyon uşağın humanitar yardıma ehtiyacı var. Təcili tədbirlər görülməsə, milyonlarla insan qida çatışmazlığı riski ilə üzləşəcək", - UNİCEF-in hesabatında vurğulanır.

Hesabatda bildirilir ki, vətəndaş müharibəsi zamanı məcburi köçkün düşən uşaqların vəziyyəti son dərəcə narahatlıq doğurur. Sənəddə köçkün düşərgələrinin əsas ehtiyacları qarşılana bilməyən 2 milyon 300 mindən çox uşaqla dolduğu qeyd edilir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından Yəmən xalqının başına bomba ələyərək bu qorxunc vəziyyətin yaranmasına səbəb olub.