QR CodeQR Code

Tel-Əvivdə şiddətli aksiyalar davam edir

إسلام تايمز , 26 Mar 2023 15:08

İslamTimes: Təl-Əvivdə minlərlə insan Benyamin Netanyahunun məhkəmə islahatlarına qarşı nümayiş keçirib və ilkin məlumatlara görə, polislə etirazçılar arasında toqquşma olub.


Guardian-ın məlumatına görə, minlərlə sionist Təl-Əvivdə Netanyahunun ifrat sağçı kabinetinin təklif etdiyi məhkəmə islahatlarına qarşı nümayiş keçirib.

Bu etirazlar Netanyahunun çoxsaylı müxalifət və xəbərdarlıqlara baxmayaraq, sionist rejimin məhkəmə sistemində istədiyi islahatları həyata keçirməkdə israr etməsindən sonra baş verib.

Fransa xəbər agentliyi bu nümayişdə iştirak edən etirazçılardan birinə istinadən yazır: "Nentanyahu bizi uçurumun kənarından geri qaytardı."

Digər tərəfdən, Təl-Əvivdəki ivritdilli media polisin etirazçılarla toqquşduğunu və təhlükəsizlik qüvvələrinin Təl-Əvivdəki nümayişçiləri zorla dağıtdığını, eyni zamanda çox sayda etirazçının şəhər yollarını bağladığını bildirib.


Story Code: 1048831

News Link :
https://www.islamtimes.org/az/news/1048831/tel-əvivdə-şiddətli-aksiyalar-davam-edir

Islam Times
  https://www.islamtimes.org