0
Sunday 26 March 2023 - 15:08

Tel-Əvivdə şiddətli aksiyalar davam edir

Story Code : 1048831
Tel-Əvivdə şiddətli aksiyalar davam edir
Guardian-ın məlumatına görə, minlərlə sionist Təl-Əvivdə Netanyahunun ifrat sağçı kabinetinin təklif etdiyi məhkəmə islahatlarına qarşı nümayiş keçirib.

Bu etirazlar Netanyahunun çoxsaylı müxalifət və xəbərdarlıqlara baxmayaraq, sionist rejimin məhkəmə sistemində istədiyi islahatları həyata keçirməkdə israr etməsindən sonra baş verib.

Fransa xəbər agentliyi bu nümayişdə iştirak edən etirazçılardan birinə istinadən yazır: "Nentanyahu bizi uçurumun kənarından geri qaytardı."

Digər tərəfdən, Təl-Əvivdəki ivritdilli media polisin etirazçılarla toqquşduğunu və təhlükəsizlik qüvvələrinin Təl-Əvivdəki nümayişçiləri zorla dağıtdığını, eyni zamanda çox sayda etirazçının şəhər yollarını bağladığını bildirib.