QR CodeQR Code

Rusiya: Azərbaycan 2020-ci il müqaviləsini pozub

إسلام تايمز , 26 Mar 2023 16:12

İslamTimes: Rusiya Müdafiə Nazirliyi Azərbaycan ordusunun Ermənistanın sərhəd rayonlarına doğru irəlilədiyini elan edərək, bu hərəkətin 2020-ci il müqavilələrinə zidd olduğunu vurğulayıb.


Rusiya mətbuatı bu ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan ordusu 2020-ci ilin noyabr razılaşmalarını pozaraq Şuşa şəhərinin təmas xəttini keçərək bir sıra əməliyyatlara başlayıblar.

İntel Republic-in məlumatına görə, Rusiya sülhməramlı qüvvələri regionda mövcuddur və Ermənistanla Azərbaycan Respublikası arasında gərginliyin artmasının qarşısını almaq üçün lazımi tədbirlər görür.

Bir neçə saat əvvəl bəzi KİV-lər Bakı qüvvələrinin Laçın aşırımının, Ermənistanı mübahisəli Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən aşırım şimalındakı yolları bağlamaq üçün hərəkətə keçdiyini bildirib.

Eyni zamanda, Ermənistan KİV-i Azərbaycan Respublikası silahlı qüvvələrinin atəşkəsi pozaraq Şuşi-Lisaqor təmas xəttini keçməsi barədə məlumat yayıb.

Bu məlumatlara görə, Dağlıq Qarabağ hakimiyyəti dərhal bu məsələ ilə bağlı Rusiya sülhməramlı qüvvələrinə məlumat verib.


Story Code: 1048832

News Link :
https://www.islamtimes.org/az/news/1048832/rusiya-azərbaycan-2020-ci-il-müqaviləsini-pozub

Islam Times
  https://www.islamtimes.org