QR CodeQR Code

Kissincer: “İkinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər”

26 Mar 2023 16:31

İslamTimes: ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer hesab edir ki, ikinci soyuq müharibə birincidən daha təhlükəli ola bilər.


APA xəbər verir ki, o, bu barədə şənbə günü axşam İspaniyanın "El Mundo" qəzetinə müsahibəsində bildirib.

İkinci soyuq müharibənin potensial olaraq birincidən daha təhlükəli olub-olmaması ilə bağlı suala Kissincer müsbət cavab verib.

Onun fikrincə, bu, ABŞ və Çin arasında başlaya bilər. O, bunu bu ölkələrin müqayisə edilə bilən maliyyə resurslarına malik olması ilə izah edib. Qeyd edib ki, birinci soyuq müharibə zamanı vəziyyət belə olmayıb. ABŞ-ın keçmiş dövlət katibi hesab edir ki, “Çinin qərbləşməsini gözləmək” artıq inandırıcı strategiya deyil.


Story Code: 1048836

News Link :
https://www.islamtimes.org/az/news/1048836/kissincer-ikinci-soyuq-müharibə-birincidən-daha-təhlükəli-ola-bilər

Islam Times
  https://www.islamtimes.org