0
Monday 27 March 2023 - 04:07

İsrail çökür: istefalar başladı – Təcili

Story Code : 1048923
İsrail çökür: istefalar başladı – Təcili
Axar.az xəbər verir ki, işğalçı İsrailin Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmiləri Qalantın vəzifədən azad edilməsindən sonra ölkə daxilində baş verən etirazlar və vətəndaş iğtişaşlarının sionist rejim dövlətinin təhlükəsizliyini təhlükə altına aldığını bildiriblər.

İşğalçı İsrailin Nyu Yorkdakı Baş konsulu Asəf Zamir isə bu olaydan sonra Baş nazir Benyamin Netanyahuya etiraz olaraq istefa verdiyini Tvitter hesabında elan edib.

Sionist rejimin Baş Qərargah rəisinin sabiq müavini Yoav Qolan da Tvitterdə “Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən səfirliklərdəki bütün İsrail nümayəndələrini dərhal istefa verməyə çağırıram. Qeyri-legitim hökumətə xidmət etməyin” deyə çağırış edib.

Qeyd edək ki, Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq sionist rejim ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır. Bunun ardınca isə bu gün Netanyahu onu istefaya göndərib.