QR CodeQR Code

Rusiya, Türkiyə, İran və Suriya XİN rəhbərlərinin müavinlərinin görüşü planlaşdırılır

27 Mar 2023 11:32

İslamTimes: Yaxın vaxtlarda Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinlərinin görüşü baş tutacaq.


APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.

"Biz görüşə hazırlaşırıq. Düşünürəm ki, bu, tezliklə baş tutacaq. Buna ümid edirik. İndi Ramazan bayramıdır (Red. ayıdır). Çoxlu digər məqamlar var. Amma iş davam edir. Ümid edirik ki, çox mühüm strateji məqsədə - Suriya-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş vasitəçilik missiyamız ümumi uğurumuzla başa çatacaq", - deyə rusiyalı diplomat vurğulayıb.


Story Code: 1048992

News Link :
https://www.islamtimes.org/az/news/1048992/rusiya-türkiyə-iran-və-suriya-xin-rəhbərlərinin-müavinlərinin-görüşü-planlaşdırılır

Islam Times
  https://www.islamtimes.org